Rövnəq Abdullayev: “Qarabağ”ı Quzanlıya qayıtmağa məcbur etmək olmaz
21.04.2011 - 15:32
 Rövnəq Abdullayev: “Qarabağ”ı Quzanlıya qayıtmağa məcbur etmək olmaz
“Futbol Bakı ilə yanaşı, bölgələrdə də inkişaf etməlidir. Əks halda, biz müvəffəqiyyət qazana bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinə baş çəkən assosiasiya rəhbəri “Qarabağ”ın yenidən bu arenada oynamaq perspektivinə münasibət bildirib: “Mən “Qarabağ” rəhbərliyinə klubu Quzanlı stadionuna qaytarmağı məsləhət gördüm. Lakin digər tərəfdən biz yalnız məsləhət verə bilərik, məcbur etmək olmaz. Klub müstəqil strukturdur və nəyin lazım olmasına özü qərar verir. Yekun qərarı da onlar verməlidir”.