Məhkəmə məşhur qapıçını cərimələdi
21.04.2011 - 17:15
Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan cərimələnib. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın 41 yaşlı sabiq qapıçısı vergilərdən yayınmağa cəhd etdiyindən 125 min avro ziyana düşüb.
Kan hələ ötən ilin fevralında Dubaydan bahalı paltarları gətirdiyi zaman gömrük rüsumunu ödəməyib. Oliver vergi orqanlarına səhv informasiya verib ki, bu, ona 2 min avrodan çox qənaət etməyə imkan verib. Ancaq bu, sonda keçmiş qapıçıya məhkəmə prosesi hesabına başa gəlib.
Məhkəmədə hökm çıxarılan zamanı Kan zalda olmayıb. Hazırda təhsil almaq üçün məşqçilik lisenziyasının qeydiyyatı ilə məşğul olan Oliveri vəkili Verner Leytner təmsil edib.

- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
0
0