“Xəzər Lənkəran” - “Bakı”: Öz meydanında qalib gələ bilməyənlərin dueli
26.04.2011 - 10:31
Sabah keçiriləcək Azərbaycan kubokunun 1/2 finalı ötən mövsümün finalçılarını üz-üzə qoyacaq. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Xəzər Lənkəran” 4-cü dəfə kubok yarışında bir-biri ilə qarşılaşacaq. 2004-cü ildə start götürən bu rəqabətdə komandalar ilk dəfə 1/2 finalda üz-üzə gəlir.
İki dəfə 1/4 finalda, bir dəfə isə finalda görüşən rəqiblər ümumilikdə 5 qarşılaşma keçirib. 3 dueldən 2-də üstün olan “Bakı” qələbə sayında da “Xəzər Lənkəran”dan öndədir. Paytaxt klubu 3, əyalət təmsilçisi 1 dəfə qalib gəlib. Daha 1 görüşdə isə heç-heçə qeydə alınıb.
Lakin maraqlı məqam odur ki, komandaların heç biri öz meydanında qalib gələ bilmir. “Bakı” Lənkərandakı hər 2 görüşdə, həm də neytral meydandakı finalda sevinib. Amma öz meydanındakı görüşlərdə 2 qol buraxmaq ənənəsi ilə barışıb. “Xəzər Lənkəran” səfər matçlarında 2 qol vursa da yalnız 1 dəfə qalib gəlib. Elə həmin oyun da klubların kubok görüşlərindəki 2 top fərqinin qeydə alındığı yeganə matçdır.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Bakı” bu həftə Lənkəranda, gələn həftə Bakıda üz-üzə gələcək.
“Xəzər Lənkəran” – “Bakı”: Bütün kubok oyunları
2006/07, 1/4 final
26.02.2007 “Bakı” – “Xəzər Lənkəran” – 0:2
04.03.2007 “Xəzər Lənkəran” – “Bakı” – 0:1
2008/09, 1/4 final
25.02.2009 “Xəzər Lənkəran” – “Bakı” – 0:1
11.03.2009 “Bakı” – “Xəzər Lənkəran” – 2:2
2009/10, Final
22.05.2011 “Bakı” – “Xəzər Lənkəran” – 2:1, əlavə vaxtda

Kubok | 5 | 1 | 1 | 3 | 5-6 |
Lənkəranda | 2 | 0 | 0 | 2 | 0-2 |
Bakıda | 2 | 1 | 1 | 0 | 4-2 |
Neytral meydanda | 1 | 0 | 0 | 1 | 1-2 |

0
0