Yığmamız sonuncu olmamaq üçün mübarizə aparacaq
30.04.2011 - 13:41
Yığmamız sonuncu olmamaq üçün mübarizə aparacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turnirində qrup mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız A qrupunda sonuncudan əvvəlki yeri tutub.

İlk 2 matçında şəhər komandaları “Kristall” (2:3) və “Siti” (2:4) qarşısında acız qalan yığmanın gücü MOİK-ə çatıb. Bugünkü qarşılaşmadakı 7:3 hesablı qələbə də komandaya xeyir gətirməyib. Ramil Əliyevin het-trik etdiyi oyunda Namiq İsgəndərov, Namiq Həsənov, Elvin Quliyev və Əbdül Əliyev hərəyə 1 dəfə fərqlənib.

Belə ki, yığmamız 1-4-cü yerlər uğrunda deyil, sonuncu olmamaq üçün mübarizə aparacaq 5-8-ci yerlər uğrunda yarımfinallarda oynayacaq. Bu görüş sabah keçiriləcək.