6 ildən sonra 6-cı çempionluq və 5-cı qızıl
01.05.2011 - 21:01
Bakının “Neftçi” klubu 6 illik çempionluq həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Premyer Liqanın XXIX turunda AZAL-ı məğlub etməklə, son 3 turun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıb.
Sonuncu dəfə 2004/05 mövsümündə qızıl medallara sahib olan “ağ-qaralar” bununla da çempionluq sayındakı liderliyini daha da möhkəmləndirib. 6-cı dəfə ölkə çempionu olan bakılılar 5-ci dəfə qızıl medallara sahib olacaqlar. Bu da 1996/97 mövsümü ilə bağlıdır. O vaxt əsas komandaların yarışında çempion olub, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Neftçi”yə yalnız gümüş medallar verilmişdi. AFFA-nın bonus xallar hesabına çempion elan edib, qızıl medal verdiyi “Qarabağ”ın birinciliyi isə nə UEFA, nə də indiki PFL tərəfindən tanınır.
Bunlardan, yəni indiki, bundan əvvəl sonuncu olan və qalmaqallı çempionluqlardan başqa 1992, 1995/96, 2003/04 mövsümlərində də “Neftçi” Azərbaycanın ən yaxşısı olub. İndi isə “ağ-qaralar” paytaxt klublarının hegemonluğunu davam etdirib. “Xəzər-Lənkəran”ın 2006/07 mövsümündə qazandığı çempionluqdan sonra bakılılar qızıl medalları bir-birinə ötürərək estafeti əllərində saxlayır.
Bütün Azərbaycan çempionları
mövsüm çempion
1992 “Neftçi” Bakı
1993 “Qarabağ” Ağdam
1993/94 “Turan” Tovuz
1994/95 “Kəpəz” Gəncə
1995/96 “Neftçi” Bakı
1996/97 “Qarabağ” Ağdam (AFFA-nın versiyası)
“Neftçi” Bakı (UEFA-nın versiyası )
1997/98 “Kəpəz” Gəncə
1998/99 “Kəpəz” Gəncə
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 sona çatdırılmayıb
2003/04 “Neftçi” Bakı
2004/05 “Neftçi” Bakı
2005/06 “Bakı”
2006/07 “Xəzər-Lənkəran”
2007/08 “İnter” Bakı
2008/09 “Bakı”
2009/10 “İnter” Bakı
2010/11 “Neftçi” Bakı

0
0