Sadıq Sadıqov: Bizim hədəfimiz bununla bitmir
02.05.2011 - 11:55
“Azərbaycanın bir nömrəli futbol klubunun azarkeşləri bu anı səbirsizliklə gözləyirdilər. Şadam ki, komandamız bu mövsüm çətin missiyanın öhdəsindən layiqincə gələrək, azarkeşlərə bu sevinci yaşatdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib.
Sona 3 tur qalmış qazanılan çempionluqla bağlı klubun saytına açıqlama verən Sadıqov cari mövsümə ciddi hazırlaşdıqlarını deyib: “Komandanın heyətində bir çox dəyişikliklər etdik. Səviyyəli legionerlərdən və ölkəmizin tanınmış futbolçularından, həmçinin yerli gənc oyunçulardan qurulan bir komandanın qarşısına heç şübhəsiz ki, ən yüksək vəzifə - çempionluq qoyulmuşdu. Komandamız da bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldi. Amma bununla hədəfimiz bitmir. Qarşıda "Neftçi"ni Avropa Çempionlar Liqasında gərgin mübarizə gözləyir”.
Milli Olimpiya Komitəsinin üzvü olan “Neftçi”nin prezidenti Avropanın ən nüfuzlu turnirində uğurlu çıxışla futbolumuzun bu il qeyd etdiyi 100 illik yubileyinə töhfə vermək istəyir: “İnanıram ki, biz birlikdə "Neftçi"nin qitə miqyaslı oyunlarda da parlaq qələbələrinin şahidi olacağıq. Azərbaycan futbolu 2011-ci ildə 100 illik yubileyini qeyd edir. Biz də "Neftçi" futbol klubu olaraq, Avropada qazanacağımız uğurlarla bu yubileyə töhfəmizi vermək arzusundayıq. AFFA rəhbərliyi tərəfindən ölkə futbolunun inkişafı üçün böyük işlər görülür. Uşaq və yeniyetmə futboluna diqqət artırılır, məşqçilər və futbolçular üçün hər cür şərait yaradılır, futbol veteranlarına, mütəxəssislərə qayğı göstərilir, infrastrukturanın yaradılması üçün önəmli planlar həyata keçirilir. Qalır futbolçularımızın öz oyunu ilə nailiyyətlər qazanaraq, azarkeşlərə sevinc hisləri yaşatması. Ümidvaram ki, "Neftçi"nin də yaxın gələcəkdə bu qələbələrdə payı olacaq. Bir daha komandamızın bütün üzvlərini çempionluq münasibəti ilə təbrik edirəm və bu qələbələrin davamının gəlməsini arzulayıram".

0
0