“Neftçi” Avropada uğura imza atmaq iqtidarındadır”
02.05.2011 - 17:12
“Qarşımızda duran vəzifənin öhdəsindən gəldik. Bu mövsüm çempion olmağı biz hamıdan çox istəyirdik. Allaha sükürlər olsun, arzumuza çatdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev deyib.
O, Azərbaycan Premyer Liqasının XXIX turunun AZAL-la oyunundan sonra qazanılan ölkə çempionluğu ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Uzun müddət idi “Neftçi” uğur qazana bilmirdi. Bu mövsüm gözəl komanda quruldu. Səviyyəli yerli və legioner futbolçularla yanaşı, gənc futbolçulara da heyətdə yer verildi. Çox çətin mövsümü arxada qoyuruq. “Neftçi”də olan hər kəsin bu çempionluqda böyük payı var. Klub rəhbərliyinin, məşqçilər korpusunun, futbolçuların, klubumuzun əməkdaşlarının, hamının səyi nəticəsində qızıl medalları qazandıq. Bu çempionluğu prezidentimiz Sadıq Sadıqova, komandamızın möhtəşəm azarkeşlərinə həsr edirik”.
O, qarşıdakı Avrokubokda iştiraklarına da toxunub: “Artıq əsas hədəfimiz Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etməkdir. Düşünürəm ki, “Neftçi” Avropa arenasında uğurla çıxış edərək yeni bir ilkə imza atmaq iqtidarındadır”.

- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
0
0