Elxan Məmmədov: Bu, son şansımız idi
03.05.2011 - 10:09
“Mən öncə belə peşəkar turnir təşkil etdiyi üçün Qazaxıstan Futbol Federasiyasını təbrik edirəm. Bu turnir hamımız üçün lazım idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının Astanada qalibi olduğu “Prezident kuboku” turniri haqda fikirlərini bildirən Məmmədov yarışın keçirilməsinin vacibliyindən danışıb: “Bu, cari ildə 17 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsində bizim üçün son şans idi. Turnirdə yaxşı komandalar təmsil olunub. Buna görə də, hər komanda, hər futbolçu və məşqçi üçün çox yaxşı təcrübədir”.
Rusiya Futbol Federasiyasının vitse-prezidenti Viktor Katkov yığmamızın oyunundan razı qalıb: “Biz Azərbaycan və Ukrayna yığmaları arasında gözəl final oyununun şahidi olduq. Azərbaycan oyun sonrası penaltilər seriyasında qalib gəldi. Turnir yüksək Avropa səviyyəsində keçdi. Bunu bütün komandalar qeyd edir”.

0
0