Həmkarlarımız “El Klassiko”da rekord vurdu
03.05.2011 - 10:23
Həmkarlarımız “El Klassiko”da rekord vurdu
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab “Barselona” - “Real” oyunu rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu dəfəki rekord meydanda futbolçular tərəfindən rəsmiləşməyəcək. Yeni nailiyyətin müəllifi həmkarlarımızdır.

Belə ki, “El Klassiko”ya 965 jurnalist akkreditasiya olunub. Bu isə Çempionlar Liqası tarixində ən yüksək göstəricidir. İndiyə qədər rekord 2007/08 mövsümündə qeydə alınmışdı. Həmin vaxt keçirilən “Barselona” – “Mançester Yunayted” görüşünə 898 həmkarımız akkreditasiya edilmişdi.
Bu dəfə 965 həmkarımız 33 ölkədən olan 190 KİV-i təmsil edir. Qarşılaşma isə 224 ölkədə yayımlanacaq.