“Bakı”nın məşqçisi: Flavinyo hücumçu deyil - FOTO
03.05.2011 - 23:02
“Bakı”nın məşqçisi: Flavinyo hücumçu deyil - FOTO
“Futbolçu karyeramı bitirmişəm. Çünki zədə oynamağa imkan vermədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan”ın və yığmamızın sabiq hücumçusu Fərrux İsmayılov deyib.

Karyerası ərzində iddialı komandalarda oynayan, son mövsümdə isə “Muğan”ın formasını geyinən hücumçu qışda Salyan təmsilçisindən ayrıldıqdan sonra fərdi məşq etdiyini bildirmişdi. Ancaq ciddi zədə İsmayılovu fikrini dəyişməyə vadar edib: “Dizimə su yığılıb. Bir müddət müalicə olundum. Ancaq xeyri olmadı. Məcbur olub karyeramı bitirdim”.

Artıq məşqçi kimi fəaliyyətə başlayan sabiq futbolçunun ilk iş yeri “Bakı”nın uşaq komandası olub: “Hazırda “Bakı”nın 2000/01-ci il təvəllüdlü komandasında məşqçi işləyirəm. Bilik və təcrübəmi onlara öyrədirəm. Klubda işləməyi təklif etdiyinə görə klubun vitse-prezidenti Zeynal Məmmədova təşəkkür edirəm. Etimadı doğrultmağa çalışacam”.

Premyer Liqanın oyunlarını izlədiyini deyən Fərrux yaxşı mənada fərqlənən hücumçunun olmadığını bildirib: “Elə də seçilən hücumçu yoxdur. Legionerlər bizdən 5 baş üstün olmalıdır. İndi hamı Flavinyonun adını qeyd edir. Ancaq o, hücumçu deyil. Yarımmüdafiəçidir. Orta xətt oyunçusu kimi faydalı futbolçudur, komandaya xeyri dəyir”.
0