Ən yaxşı çempion - “Neftçi”, amma indiki yox!
04.05.2011 - 14:35
“Neftçi” 6 illik həsrətə son qoymaqla, ölkə çempionluğunu qazandı. 6 ildən sonra əldə olunan bu uğur çoxlarının gözünü bağlasa da, turnir cədvəlində heç də göz oxşamayan məqam diqqət çəkir. Bu da məhsuldarlıqla bağlıdır.
Apasport.az saytının hesablamalarına görə, cari mövsümdə Premyer Liqada hamıdan çox qol vuran “Neftçi” orta hesabla hər oyunda 2-dən də az fərqlənib. Bu, Azərbaycan çempionatları tarixində 5-ci belə haldır ki, qızıl medalların sahibi hər matçda 2-dən az qol sevinci yaşayır. Bunların da 4-ü son 7 ildə qeydə alınıb ki, onların hamısında da paytaxt klubları azla çoxa nail olublar. Bakılılar 2 həddinə çatmaq üçün son 3 qarşılaşmada 12 dəfə fərqlənməlidirlər. Bu isə heç ağlabatan deyil.
Mütləq antirekord isə “Qarabağ”a məxsusdur. 1993-cü ildə ağdamlılar az qala hər matçda 1 qol vura-vura, qızla sahib çıxıblar.
Çempionatlar tariximizdə ən yaxşı hücum xəttinə malik komanda isə sözsüz ki, “Neftçi”dir. Bakılılar 2 dəfə 3 qol həddini də aşıb. 1992-ci ildə ümumi qollarının sayında 100-ü adlasa da, orta məhsuldarlıqda 1996/97 mövsümündə tarix yazıb. 14 il əvvəlki nailiyyət “Qarabağ”ın antirekordundan 3, “Neftçi”nin indiki göstəricisindən təxminən 2 dəfə çoxdur.
“Neftçi” iki tarixi göstərici ilə yanaşı, “Şəmkir” də 1 dəfə orta hesabla 3 qol həddini aşıb. Bu, 2000/01 mövsümündə qeydə alınıb. Bir sözlə, 18 çempiondan 3-ü 3 həddini keçib, 5-i 2-dən aşağıda qalıbsa, 10 komanda 2 ilə 3 aralığında var-gəl edib.
Qeyd edək ki, texniki nəticələrin verildiyi oyunlar nəzərə alınmayıb.

mövsüm | çempion | oyun | vurub | məhsuldarlıq |
1996/97 | Neftçi | 30 | 98 | 3,27 |
1992 | Neftçi | 34 | 104 | 3,06 |
2000/01 | Şəmkir | 20 | 61 | 3,05 |
1994/95 | Kəpəz | 23 | 62 | 2,7 |
1998/99 | Kəpəz | 35 | 91 | 2,6 |
1997/98 | Kəpəz | 24 | 61 | 2,54 |
2003/04 | Neftçi | 25 | 62 | 2,48 |
1993/94 | Turan | 30 | 74 | 2,47 |
1999/00 | Şəmkir | 21 | 46 | 2,19 |
2007/08 | İnter | 26 | 55 | 2,12 |
2006/07 | Xəzər Lənkəran | 24 | 50 | 2,08 |
2008/09 | Bakı | 26 | 54 | 2,08 |
1995/96 | Neftçi | 30 | 60 | 2 |
2010/11 | Neftçi | 29 | 52 | 1,79 |
2005/06 | Bakı | 26 | 42 | 1,62 |
2009/10 | İnter | 32 | 47 | 1,47 |
2004/05 | Neftçi | 34 | 49 | 1,44 |
1993 | Qarabağ | 18 | 19 | 1,06 |

0
0