İqor Mitreski: Biz bildiklərimizi deməliyik – MÜSAHİBƏ
04.05.2011 - 16:40
“Neftçi” klubunun və Makedoniya yığmasının futbolçusu İqor Mitreskinin apasport.az saytına müsahibəsi
- Milli komandanız Azərbaycanla yoldaşlıq görüşü keçirəcək. Bu haqda məlumatınız var?
- Mənə bu oyun haqda deyəndə, əvvəlcə dəqiq başa düşmədim. Səhər saatlarında Makedoniyadan da zəng etmişdilər. Yoldaşlıq görüşü Bakıda olacaq, yoxsa?
- Bakıda, avqustun 10-da...
- Dəqiq oyun olacaq?
- Bəli. AFFA-nın rəsmi saytına da artıq bu haqda məlumat yerləşdirilib.
- Belə görüşün keçirilməsi çox yaxşıdır.
- Siz həm yığmanızın lideri, həm də artıq 1 ildir ölkəmizdə oynadığınızdan, fikirləriniz maraqlıdır...
- Onu deyə bilərəm ki, biz hər görüşə ciddi hazırlaşırıq. Hər rəqibə qarşı maksimal oynayırıq. Azərbaycan yığması ilə görüşdə də belə oynayacağıq. Bizim üçün milli komanda vacibdir, ölkəni təmsil edirik. Rəqibin fərqi yoxdur, hər biri ilə oyunda bütün gücümüzü qoyuruq. Azərbaycan yığmasına hörmət edirik. Tanış rəqibdir, ötən il Avstriyada görüşmüşdük.
- Yeri gəlmişkən, mayın 29-da 3:1 hesabı ilə qalib gəldiyiniz həmin yoldaşlıq görüşü yadınızda necə qalıb?
- Uduzsa da, komandanız həmin oyunda yaxşı təsir bağışladı. “Neftçi”də oynadığımız dövrdən sonra milli komandanızı daha yaxından tanımaq imkanımız yaranıb. İndi zəif komanda yoxdur. Azərbaycan yığmasında “Neftçi” və “Qarabağ”dan futbolçular oynayır. “Xəzər Lənkəran” və digər komandalardan da futbolçular var. Azərbaycan yığması ilə səfərdə oynadığımızı nəzərə almalıyıq. Bu mənada bizi Bakıda asan sınaq gözləmir.
- Təbii ki, Azərbaycanda yaşayan makedoniyalılar –siz, Slavço Georgiyevski, Filip Despotovski üçün oyun xüsusi əhəmiyyət kəsb edəcək...
- Elədir. Azərbaycandakı makedoniyalılar üçün Bakıda oynamaq xoş olacaq. Burada yığma səviyyəsində meydana çıxmaqdan məmnunluq duyacağam. Fikrimcə, yaxşı oyun alınacaq.
- Berti Foqtsun çalışdırdığı indiki yığmamızı necə xarakterizə edərdiniz?
- Yaxşı komandanız var, heyətində təcrübəli futbolçular yer alıb. Artıq bir neçə ildir birgə oynayırlar, beynəlxalq təcrübələrini artırıblar. Ancaq çox işləmək lazımdır, elə deyil?
- Təbii ki. İnkişaf etmək istəyirsənsə, çox işləməlisən...
- Doğrudur. Yaxşı futbolçularınız var və onlar öz üzərlərində çox çalışmalıdırlar.
- Hər halda, Makedoniya Azərbaycandan güclü yığma olduğundan, komandanız matçın favoriti sayılır. Bununla razısınız?
- FİFA-nın reytinqinə görə belə demək olar. Reytinqdə biz sizdən qabaqdayıq. Ancaq istənilən halda, bizə çətin olacaq. Biz evdə oynayanda favoritik. Ancaq Bakıda işimiz çətin olacaq.
- Ancaq makedoniyalılar bura öyrəşdiyindən, sizə çətin olmamalıdır...
- Biz xeyli müddətdir Tofiq Bəhramov adına Respublika stadionunda oynayırıq. Fikrimcə, bu arena artıq bizim üçün doğma stadiondur. Ancaq qalan futbolçularımız üçün bir az çətin olacaq. Hesab edirəm ki, meydanın keyfiyyəti normal olsa, yaxşı oyun alınacaq.
- Yığmanızın Bakıya hansı heyətlə gəlməsindən də çox şey asılıdır. Lideriniz Qoran Pandev ötən dəfə oyuna çağırılmadı...
- Əlbəttə, güclü heyətlər oynayanda, görüş daha maraqlı olur. Fikrimcə, bu dəfə tam heyətlə gələcəyik, Pandev də sıralarımızda olacaq. Hesab edirəm ki, həmin gün Azərbaycan futbolu üçün bayram olacaq.
- Yəni, oyunun rəsmi yox, yoldaşlıq görüşü olması əhəmiyyətini azaltmır?
- İstənilən halda, bu, yığmadır. Milli komanda milli komanda olaraq qalır. Yoldaşlıq görüşü olsa belə, oyuna köklənəcəyik. Sizə hörmət edirik. Həmyerlilərimdən də soruşanda, yığmanıza, futbolunuza böyük hörmət bəslədiklərinin şahidi oluram. Karyeramızı Azərbaycanda davam etdirdiyimizdən, praktiki olaraq evdə oynayırıq. Üstəlik, oyuna Azərbaycan çempionu kimi çıxmağım mənim üçün ikiqat xoş olacaq.
- “Neftçi”dən Ruslan Abışov, Rail Məlikov, Cavid Hüseynov, Amit Quluzadə, Ruslan Əmircanov millimizə çağırılır. Onlara qarşı oynamaq sizin üçün prinsipial əhəmiyyət daşımalıdır...
- Bəli. Mən komanda yoldaşlarıma həmişə qalib gəlməyə çalışıram. Bunu məşqdə göstərirəm. Məşqlərimiz güzəştsiz, mübariz əhval-ruhiyyədə keçir. Mənim üçün istər klub, istərsə də yığma səviyyəsində oyunlar önəm daşıyır. Öz adımdan deyirəm ki, maksimal, var-gücümlə oynayacağam. Hesab edirəm ki, “Neftçi”nin futbolçuları da yığmanın oyununda sona kimi mübarizə aparacaqlar.
- Təbii ki, yoldaşlıq görüşü olsa belə, qələbəyə ümid edirsiniz...
- Bəli. Hansı səviyyəli oyun olmasından asılı olmayaraq, meydana qələbə üçün çıxacağıq.
- Sizin buna nail olmaq şansınız daha çoxdur?
- Şansları bərabər sayıram. Sadəcə, qələbəyə oynamasan, nə marağı var ki? Düz demirəm?
- Əlbəttə. Qələbəyə köklənmirsənsə, meydana çıxmağın heç bir mənası yoxdur.
- Cari mövsümdə bütün oyunlarda qələbəyə köklənirdik. Buna görə də “Neftçi”nin çempionluq istəyi reallaşdı.
- Milli komandanızın hansı üstün cəhətlərini qeyd edərdiniz? Hansı futbolçularımız xoşunuza gəlir?
- Yığmanızda fərdi oyun keyfiyyətləri üstün olan futbolçular çoxdur. “Neftçi”dən Abışovla Məlikov, “Qarabağ”dan Rauf Əliyevlə millinizin kapitanı Rəşad Sadıqovun adını çəkə bilərəm. Yaxşı futbolçularınız çox olduğundan, seçmə mərhələdə daha yaxşı çıxış edə bilərsiniz. Həm klub, həm də yığma səviyyəsində oyuna ciddi yanaşmaq lazımdır.
- Təbii ki, oyun öncəsi Azərbaycanda oynayan makedoniyalılar daha çox diqqət mərkəzində olacaq. Bu mənada sizdən yığmamızla bağlı çox şey soruşacaqlar...
- Bizi qarşıda iyunda rəsmi oyun gözləyir. Baş məşqçimiz Azərbaycanla oyuna qədər informasiya yığacaq, bizdən müəyyən bilgilər alacaq. Jurnalistlərimiz də oyun haqda çox şey soruşacaqlar. Mən də yığmanız haqda bildiklərimi, hansı təhlükəli cəhətlərinin, kimdən daha çox çəkinməli olduğumuzu deyəcəyəm. Bu, normal iş prosesidir. Baş məşqçimiz Azərbaycanda oynadığımızdan, istər-istəməz bizdən soruşacaq. Biz də bildiklərimizi deməliyik. Ancaq bu indi yox, sonranın söhbətidir.
Mehman SÜLEYMANOV

0
0