AZAL-ın düşərgəsində nə baş verib?
04.05.2011 - 23:15
“Danışmağa söz tapmıram. Erkən qol buraxmağımız oyunumuza mənfi təsir göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın yarımmüdafiəçisi Niqzar Kviritiya deyib.
NBC Azərbaycan kubokunun yarımfinalında “İnter”ə məğlub olaraq həlledici oyuna vəsiqə qazana bilməyən AZAL-ın düşərgəsində oyundan sonra tam sakitçilik idi. Nə klub rəsmiləri, nə də futbolçular danışmağa səy göstərirdilər. Sanki hər kəs sükuta qərq olub, yenilginin şokundan ayılmağa çalışırdı.
Ancaq bu şokdan erkən ayılmağın çətin olacağı isə aydın sezilirdi. Çünki qarşısına Avropa Liqasına vəsiqə qazanmaq məqsədi qoyan “təyyarəçilər” bütün ümidini kuboka bağlamışdı. Artıq bu sahədə mübarizə AZAL üçün bitdi. Ona görə də baş verənləri yenidən xatırlamaq Nazim Süleymanovun yetirmələri üçün ağır idi.
Birtəhər özündə güc tapıb oyuna sonradan daxil olmasının səbəbini də açıqlayan Kviritiya zədəli olduğunu qeyd edib: “Ayağımda ağrılar var idi. İynə gücünə meydana çıxmışdım. Komandama kömək etmək istəyirdim”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0