“Azərbaycan yığmasının yüksək beynəlxalq nüfuzu var”
05.05.2011 - 12:25
“Azərbaycan yığmasının yüksək beynəlxalq nüfuzu var”
Astanada keçirilən “Prezident kuboku” turnirinin son qalibi olan Azərbaycan yığmasının uğuru yüksək qiymətləndirilir. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasında Uşaq-Gənclər Futbolunun İnkişafı Departamentinə rəhbərlik edən Edıqen Yumaşov 4-cü turniri qazanan komandamızı (U-17) tərifləyib.

Yumaşovun fikrincə, komandamız turnirin səviyyəsini qaldırır: “Təşkilatçılar turnirin yüksək səviyyəsini qoruyur. Əvvəlcə orada Moskva MOİK-nin, “Spartak”ın, Türkiyənin “Qalatasaray” klubunun, Braziliya futbol məktəbinin yetirmələri oynayırdı. İndi turnirdə Türkiyə, Azərbaycan, Ukrayna yığmaları oynayır. Bu komandaların hamısı ciddi hazırlıq məktəbi və yüksək beynəlxalq nüfuzu var. Bizim uşaqlara isə kürsüyə az qalıb. Onlara hələ beynəlxalq təcrübə çatmır”.

Qeyd edək ki, Qazaxıstanın U-17-si hələ qalibi olmadığı turniri bu dəfə 4-cü yerdə bitirib.
0