“Bu məşqçi Azərbaycanda da işlədi, amma 1 ildən sonra çıxardılar”
05.05.2011 - 12:41
Azərbaycan yığmasının sabiq baş məşqçisi Oliver Pelzer Qazaxıstanda işi narazılıq yaradıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin bu il çalışdırdığı Qazaxıstanın 17 yaşlılardan ibarət komandasının Astanada “Prezident kuboku”nda 4-cü olması birmənalı qarşılanmayıb. İstefaya göndərilməsi haqda danışılan Pelzer vaxtilə çalışdırdığı millimizə qrup mərhələsində 2:3 hesabı ilə uduzaraq, sabiq komandasının turnirin qalibi olmasına şahidlik edib.
Qazaxıstanı ən təcrübəli məşqçilərindən olan Baurcan Sarsekenov yığmalarına əcnəbi gətirilməsini dəbinin qarşısına çıxıb: “Mən yaxında Almaniyanın “Ştutqart” klubunda təcrübə keçən zaman həmkarlarımdan Pelzer haqda maraqlandım. Mənə dedilər ki, haradasa məşqçilik edib, ancaq gənclərlə heç nəyə nail olmayıb. Pelzer Azərbaycanda da işləyib, amma 1 ildən sonra çıxarıblar. Əgər yaxşı əcnəbi məşqçilər Qazaxıstana gəlmirsə, ikinci dərəcəlilər nəyimizə lazımdır? Onda futbol federasiyamızın rəhbərini də əcnəbi təyin edək! Mən bu ilin əvvəlində təlim-məşq toplanışında Pelzerin futbolçularla necə ünsiyyət qurduğunu gördüm. O, bunu futboldan başı çıxmayan tərcüməçi vasitəsilə edirdi. Futbolçular hətta onun dediyini başa düşmürdü. Bundan sonra hansı nəticəni gözləyək?”
Qeyd edək ki, Peltser 15 və 17 yaşlılardan ibarət yığmalarımızı çalışdırıb.

0
0