“Qəbələ” - “Turan” matçı Qəbələdə keçiriləcək
05.05.2011 - 14:39
“Qəbələ” - “Turan” matçı Qəbələdə keçiriləcək
“Qəbələ”nin XXX turun ev oyununu neytral meydanda keçirməklə bağlı qərarını dəyişib. Apasport.az saytının məlumatına görə, “Turan”la qarşılaşma elə Qəbələdə baş tutacaq.

Düzdür, komandanın ev oyunlarını keçirdiyi meydançanın süni örtüyünün təbii ot örtüklə dəyişdirilməsi prosesi ilə bağlı qəbələlilərin cari çempionatın son matçlarını neytral stadionda oynayacağı bildirilirdi. Lakin bu prosesi həyata keçirəcək şirkətin avqust ayına kimi təbii örtüyün istifadəyə verilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürməsindən sonra planlar dəyişib.

Bu üzdən də həftə sonu baş tutacaq “Qəbələ” - “Turan” qarşılaşmasının Qəbələdə keçirilməsi qərara alınıb. Yeniləmə prosesinin nə vaxt start götürəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Qəbələ” – “Turan” oyunu mayın 8-də keçiriləcək.