Aslan Kərimov: Özüm istəmirəm
05.05.2011 - 23:02
“Yayda karyeramı bitirəcəyim dəqiqdir. Artıq qərarımı vermişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Aslan Kərimov deyib.
19 yaşından Ağdam təmsilçisinin formasını geyinən Kərimov yaşla əlaqədar futbolçu kimi butslarını mıxdan asmağın zamanı yetişdiyini düşünür. Bu səbəbdən də mövsümün sonunda futbolçu karyerasını başa vuracaq. Ancaq Kərimov özü üçün vida oyunu keçirməyəcək: “Vida oyunu olmayacaq. Mövsümün son oyunlarının birində karyeramı bitirdiyim qeyd olunacaq”.
Maraqlıdır, adətən bir kluba sadiqliyi ilə seçilən və uzun müddət kapitan sarğısını daşıyan futbolçu niyə vida oyunu keçirmək istəmir? Sualımıza 38 yaşlı futbolçu belə cavab verdi: “Özüm istəmirəm. Təmtəraqlı işlərdən xoşum gəlmir. Şəxsi fikrimdir, sakit getsəm, daha yaxşıdır”.

0
0