“Xəzər Lənkəran”dan yeni rekord
05.05.2011 - 16:36
2004-cü ildə yaradılan “Xəzər Lənkəran” yenə Azərbaycan kubokunun finalına vəsiqə qazanmaqla yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, cəmi 7 yaşı olan komanda son 5 il ərzində 4 dəfə finala yüksəlməklə adını tarixə yazdırıb.
İlk 2 cəhddə mübarizəni yarımfinalda dayandıran Lənkəran təmsilçisi 2006/07 mövsümündən yalnız 1 dəfə həlledici görüşdən kənar qalıb.
İlk finalında “MKT-Araz”ı 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın növbəti rəqibi “İnter” olub. Bu il də bakılılarla final oynayacaq lənkəranlılar 2007/08 mövsümündəki matçda 2:0 hesabı ilə qələbə qazanaraq, ardıcıl 2-ci dəfə kuboku qazanıblar. Bir illik fasilədən sonra ötən yaz finala çıxan “Xəzər Lənkəran” ilk dəfə həlledici görüşü uduzdu – 1:2.
Hər 3 finala Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxan komanda ilk dəfə başqa mütəxəssislə bu qədər irəliləyib. Mirça Rednikin yetirmələri bununla da Azərbaycan rekorduna imza atıb. Heç bir Azərbaycan klubu ardıcıl 5 finaldan 4-nün iştirakçısı olmayıb. Düzdür, “Qarabağ” 6, “Neftçi” 5, “Kəpəz” və bu ilki finalı da saysaq “İnter” 4 dəfə bunu bacarıb. Lakin onların bu uğurları daha çox fasilələrlə müşayiət olunub.
Mənbə: lankaranfc.com

0
0