“Finalın taleyi bizdən asılı olacaq”
05.05.2011 - 16:53
“Mən Joze Mourinyo ilə kifayət qədər tez-tez danışıram. Elə ötən həftə onunla söhbət etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının final matçında qarşılaşacaqları İspaniya “Barselona”sı haqda hər məlumatı toplamağa çalışır. O, bu məqsədlə uzun İngiltərə Premyer Liqasında prinsipial rəqiblərindən olmuş Joze Mourinyodan da məsləhət almağın əleyhinə deyil. Çünki vaxtilə “Real”ın baş məşqçisi müxtəlif komandalarla kataloniyalıları udmağı bacarıb: “Bilirəm ki, “Real”la biz tam fərqli komandalarıq. Amma yenə Mourinyo mənə elə informasiya verə bilər ki, bu, işimizə yarayar. Çünki final matçının taleyi bizdən, bizim rəqibi nə dərəcədə öyrəndiyimizdən asılı olacaq”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0