Raul indi də antirekord vurur
05.05.2011 - 17:20
İspaniyalı futbolunun əfsanəsi Raul Qonsales rekordçusu olduğu Çempionlar Liqasında (ÇL) antirekord edib. Apasport.az saytının məlumatına görə, cari mövsümdən Almaniyanın “Şalke“ klubunda oynayan 34 yaşlı hücumçu Avropanın nüfuzlu turnirində ən çox oyun uduzan futbolçuların siyahısında 1-ci yerə çıxıb.
Raulun ÇL-də 36-cı məğlubiyyəti “Mançester Yunayted”lə səfərdə keçirilən cavab oyununda böyük hesablı olub – 1:4. “Şalke”yə qədər karyerası uzun illər Madrid “Real”ına bağlı olan Qonsales onun heyətində 3 dəfə ÇL-in qalibi olub. Hücumçu vurduğu qolların sayına görə nəinki bu turnirin, ümumiyyətlə, avrokubokların bombardiridir.
Əvvəlki antirekord Norveç futbolunun əfsanəsi Roar Stranda məxsus olub. 41 yaşlı yarımmüdafiəçi ölkəsinin ən məşhur, titullu klubu olan “Rusenborq”un heyətində ÇL-də 35 dəfə uduzmaqla, ən pis göstəriciyə malik idi. Ölkəmizə gələn Strand karyerasında ən acınacaqlı məğlubiyyətlərindən birini Bakıda olub. Bu, 2009-cu ilin iyulun 23-də Avroliqanın II təsnifat mərhələsində “Qarabağ”a Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyət (0:1) nəticəsində mübarizədən kənarda qalan zaman olub.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0