“Neftçi”nin yarımmüdafiəçisi Pandevdən üstün oldu
06.05.2011 - 09:34
“Macedonianfootball” portalı Makedoniyada yeni ənənənin əsasını qoyub. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bundan sonra hər ayın rəmzi yığmasını tərtib edəcəklər.
Lakin ilkə imza atmaq üçün onlar 2 ayın komandasını qurmağı vacib biliblər. Mart-aprel aylarının ən yaxşı 11 makedoniyalı futbolçusunun yer aldığı yığmanın tərkibi də artıq açıqlanıb.
Makedoniya futbolu tarixinə ilk rəmzi yığmanın üzvü kimi düşənlər arasında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da var. Bu, Bakının “Neftçi” klubunun 31 yaşlı yarımmüdafiəçisi Slavço Georgiyevskidir.
Onunla yanaşı, mart-aprel aylarının komandasında Makedoniya yığmasındakı yoldaşları da çoxluq təşkil edir. Onlar arasında bu qış Azərbaycandan təklif alan qapıçı Martin Boqatinov da var.
Qeyd edək ki, Makedoniya futbolunun ən məşhur siması İtaliya “İnter”ində çıxış edən Qoran Pandev “Neftçi”nin oyunçusu ilə eyni komandada yer almağa layiq görülməyib.

0
0