Qyoko Hacıyevskidən apasport.az-a təşəkkür!
06.05.2011 - 14:52
“Açığı, sabah Azərbaycandakı karyeramda 100-cü oyunumu keçirəcəyimi bilmirdim. Sağ olun ki, bunu mənə çatdırdınız. Bu, məni qələbəyə daha da motivasiya edəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Sabah Azərbaycandakı klub karyerasında 100-cü oyununa çıxacaq makedoniyalı çalışdırıcının fəaliyyətinin çox hissəsi (69) “Bakı”ya bağlı olub. “Zolaqlılar” tarixində 2-ci çempionluğunu 2009-cu ildə Hacıyevskinin rəhbərliyi altında qazanıb.
Ancaq indi ağır günlərini yaşayan “Simurq”u çalışdıran təcrübəli mütəxəssis onu Premyer Liqada saxlamağa çalışır: “MOİK-lə sabahkı görüş bizim üçün çox vacibdir. Buna hələ imkanımız var. Nəzəri şansımız qaldığından, sona kimi mübarizə aparacağıq. Bizim üçün hər oyun həlledicidir. Hər matça sonuncu kimi çıxırıq. Əlbəttə, Azərbaycanda 100-cü oyuna çıxmaq əlamətdar hadisədir. Belə bir yubileyi qələbə ilə qeyd etmək istəyirəm. MOİK-i həm də ona görə yenməliyik ki, “altılığ”ın ilk dövrəsində ona evdə uduzduğumuzdan, əvəz çıxmağımız lazımdır”.
Ancaq elə ola bilər ki, 100-cü oyun Hacıyevski üçün düşərli olmasın. Yəni “Simurq”un I diviziona düşməsi elə bu turda reallaşa bilər: “Neyləmək olar? Bu, futbol həyatıdır. “Turan” səfərdə “Qəbələ”yə qalib gələcəkmi? Mən buna cavab vermək istəməzdim. İndi məni yalnız öz komandamın çıxışı düşündürür. “Qəbələ” ötən tur bizimlə çox vacib oyun kimi sona kimi mübarizə apardı. Əgər belə mübarizə aparsa, “Turan”a qalib gələ bilər. Hər halda, “Qəbələ” rəqibindən güclüdür”.
Milli komandamızı da çalışdırmış Hacıyevski “Simurq”dakı gələcək taleyini hələ dəqiqləşdirməyib: “Cari mövsümdə çoxlu çətinliklərlə üzləşdim. Ancaq sona kimi ümidimi itirməyib, komandanı hər oyuna ciddi hazırlaşdırıram. I diviziona düşməyimiz dəqiqləşəndən sonra rəhbərliklə görüşüm olacaq. Onda gələcək taleyimizi müəyyənləşdirəcəyik. Hələliksə futbolçularımla birgə bütün diqqətimizi ilk növbədə MOİK-lə oyuna yönəltmişik. Hələ ki sıralarımızı heç kim tərk etməyib. Təcrübəli futbolçularımız Emin Quliyev, Mario Souza, Fərid Quliyev uzun müddətdir zədə üzündən oynamır. Onların zədədən sonra fiziki cəhətdən problemləri var”.
Mehman SÜLEYMANOV

0
0