Misimoviç: “Qalatasaray”ın belə çıxışı utancdır, çox ayıbdır
07.05.2011 - 13:13
Bosniya və Herseqovina milli komandasının futbolçusu Zvezdan Misimoviç qovulduğu “Qalatasaray” klubunu kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, qış fasiləsində Moskva “Dinamo”suna satılan təcrübəli yarımmüdafiəçi keçmiş komandasının çıxışını biabırçılıq sayır. Misimovun “Cim Bom”un Superliqadakı duruma acıyıb: “Qalatasaray” tarixində ən böyük uğursuzluğunu yaşadı. Bu, böyük utancdır...Bu tərəfdarla, yeni stadionla indiki mövqedə olmaq, belə nəticələrin alınması çox ayıbdır. Hacının baş məşqçi postundan göndərilməsi doğru qərardır. Türkiyəyə dönə bilərəmmi? Nə olacağı bəlli olmaz”.
Qeyd edək ki, Zvezdan münaqişədə olduğu sabiq baş məşqçi Georgi Hacı tərəfindən əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, Zvezdan münaqişədə olduğu sabiq baş məşqçi Georgi Hacı tərəfindən əvəzedici komandaya göndərilmişdi.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0