Millimizin sabiq futbolçusu əyalət çempionatında
07.05.2011 - 15:22
Azərbaycan milli komandasının sabiq futbolçusu Yuri Muzıka əyalət çempionatının iştirakçısıdır. Apasport.az saytının məlumatına görə, 29 yaşlı milliləşdirilən yarımmüdafiəçi əslən olduğu Kalininiqrad vilayətinin birinciliyində oynayır.
Muzıka vaxtilə doğma şəhərinin “Baltika” klubunun, indi isə onun əyalət çempionatında eyniadlı təmsilçisinin futbolçusudur.
Qeyd edək ki, Yurı ölkəmizdə daha çox oynadığı, tanındığı Yevlaxın “Karvan” klubunda milliləşdirilib və yığmamıza cəlb olunub. O, bu komandada müxtəlif vaxtlarda 2 dəfə, habelə Bakının “İnter” klubunda çıxış edib.

0
0