Rövşən Əhmədovun 20 səhvi
07.05.2011 - 15:12
Rövşən Əhmədovun 20 səhvi
“Xəzər Lənkəran” klubu NBC Bank Azərbaycan Kubokunun yarımfinalında “Bakı” ilə keçirilən cavab oyununun baş hakimi Rövşən Əliyevin idarəçiliyi ilə bağlı növbəti addım atıb. Apasport.az saytının məlumatına görə, dünən AFFA prezidenti Rövnəq Abdullayevə açıq məktubla müraciət edən cənub təmsilçisi bu dəfə Əhmədovun görüşdə verdiyi mübahisəli qərarların video çarxlarını rəsmi saytında yerləşdirib. Video çarxların sayı isə 20-dir. “Xəzər Lənkəran” həmin epizodlarda baş hakimin qərarlarının yanlış olduğunu iddia edir.

Qeyd edək ki, lənkəranlılar bu səfər oyununda 1:2 hesabı ilə uduzsa, finala çıxıb.
0