Əvvəl sevindirdi, sonra çətin vəziyyətə saldı
07.05.2011 - 17:15
Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu Premyer Liqada növbəti xal itkisinə məruz qalıb. Apasport.az saytının məlumatına görə, “Atırau” bu gün X turda “Ordabası” klubu ilə səfər oyununda 1:1 hesablı bərabərliyə qalıb.
Hər 2 qol ilk hissədə vurulub. Məmmədovun sərəncamında oynayan Bekhan həm oyunun qəhrəmanı, həm də antiqəhrəmanı olub. Belə ki, futbolçu 17-ci dəqiqədə hesabı açıb, fasilədən az sonra isə (49-cu dəqiqədə) 1:1-də 2-ci sarı, ardından qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, “Atırau” 10 oyunda 11 xalla 8-ci pillədə yer alıb. Məmmədovun komandası növbəti turda mayın 14-də “Taraz”ı qəbul edəcək.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0