Mehman Allahverdiyevin uğursuz Bakı səfərləri
10.05.2011 - 09:51
Azərbaycan futbolunun ən titullu məşqçilərindən olan Mehman Allahverdiyev 8 ildən sonra məğlub oldu. Apasport.az saytının məlumatına görə, “Gəncə”nin 51 yaşlı çalışdırıcısı milli çempionata qayıdandan sonra ilk məğlubiyyətini son turda Salyanın “Muğan” klubu ilə səfər oyununda aldı – 1:2.
Allahverdiyev bunadək son yenilgisini uzun illər çalışdığı, bütün mükafatlarını qazandığı Gəncənin digər təmsilçisi - “Kəpəz”də almışdı. Bu isə 2003/04 mövsümündə “Xəzər Universiteti” ilə səfər oyununda, yəni 2864 gün öncə olmuşdu.
Həmin vaxt, 2003-cü ilin iyulun 5-də Zabrat qəsəbə stadionunda 0:8 hesablı məğlubiyyət həm “Kəpəz”in, həm də Allahverdiyevin karyerasına damğa vurub. Belə ki, bu, həm 3 qat Azərbaycan çempionunun, həm də ona bunları qazandıran baş məşqçisinin ən ağır məğlubiyyəti idi.
“Muğan”la oyunun Salyanda yox, Bakıda “Şəfa” stadionunda keçirildiyini nəzərə alsaq, Allahverdiyev üçün yenə paytaxt səfəri uğursuz oldu. Həmin 8:0 hesablı qələbədə dubl edən, cari mövsümdən isə “Muğan”da oynayan hücumçu Elşən Məmmədov yenə Allahverdiyevə rəqib oldu.
Qeyd edək ki, Allahverdiyevin gəlişindən sonra uğurlu çıxış edən “Gəncə” 4 oyundan 2-də qalib gəlmiş, 2-də heç-heçə etmişdi. Komanda indiki çalışdırıcısı ilə ilk məğlubiyyətini 5-ci oyununda aldı. Bununla da Bəhmən Həsənovun çalışdırdığı “Muğan” tarixində ilk dəfə “Gəncə”yə qalib gəldi.

0
0