“Neftçi”də qalmağımla bağlı təklif almamışam”
10.05.2011 - 23:02
“Hələ bu barədə heç nə deyilməyib. Klubdan kiminləsə təkbətək danışığımız da olmayıb” Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Cari mövsümdə əsasən ehtiyatda qalan və oyuna sonradan qoşulan futbolçu bir ara yığmadakı yerini də itirdi. Hətta mövcud durumla barışmaq istəməyən Hüseynov narazılığını da dilə gətirmişdi.
Düzdür, çempionluq təmin edildikdən sonra baş məşqçi Arif Əsədov 23 yaşlı oyunçuya güvənməyə başlayıb. Lakin əsas görüşlərdə ona elə də şans verilməməyi futbolçunun klubdan ayrılmasına zəmin yarada bilər. Artıq yarımmüdafiəçi iki klubdan real təklif də alıb: “Qəbələ” və “İnter” xidmətimdə maraqlıdırlar. Onlar transferlə bağlı təklif irəli sürüblər. Əslində, heç “Neftçi”dən də qalmağımla bağlı təklif almamışam. Nə bilim, bir qədər düşünməliyəm. Özüm “Neftçi”də qalmağın tərəfdarıyam”.
Cavid yekun qərarı mövsüm başa çatdıqdan sonra verəcəyini açıqlayıb: “Sonuncu turdan sonra hər şey dəqiqləşəcək. “Neftçi”nin prezidenti Sadıq Sadıqov iclasda hamı ilə müqavilə imzalanacağını demişdi. İndi bütün diqqətimi oyunlara yönəltmişəm. Transferlə bağlı məsələlərə çempionat başa çatdıqdan sonra aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Hüseynovun xidmətində maraqlı olan klublardan “İnter” futbolçuya heç də yad deyil. Belə ki, o, “Neftçi”yə məhz 2 il əvvəl “İnter”dən transfer olunub.

0
0