“Qəbələ” Avropada futbolçu axtarır
10.05.2011 - 21:42
2011-2012-ci il mövsümü üçün transfer çalışmalarını intensivləşdirən “Qəbələ” futbol klubu Avropa ölkələrində futbolçu axtarışına çıxıb.
Bu haqda Lent.az-a hazırda İsveçdə səfərdə olan klubun meneceri Zaur Əzizov məlumat verib.
Əzizov İsveç çempionatında çıxış edən bir neçə futbolçunu izlədikdən sonra Fransaya yollanacağını bildirib. O, Fransanın ikinci liqasından da futbolçuları nəzərdən keçirəcəyini açıqlayıb. Klub rəsmisinin sözlərinə görə, nəzərdən keçirdiyi oyunçular əsasən, braziliyalı və afrikalıdırlar: “5-6 oyunçu maraq dairəmizdədir. Onlar əsasən hücumameylli futbolçulardır”.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0