Andrey Popoviç: Əsas odur ki, almanlar məndən razıdır
12.05.2011 - 12:53
Andrey Popoviç: Əsas odur ki, almanlar məndən razıdır
“Fortuna” klubunun hazırlığımla bağlı narazılığı yoxdur. Bu baxış ilkin tanışlıq xarakteri daşıyır. Belə ki, çempionatın gedişi zamanı transfer məsələləri müzakirə edilmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Andrey Popoviç deyib.

“Abşeron” klubunda çıxış edən milliləşən ukraynalı hazırda Almaniya təmsilçisi “Fortuna”nın düşərgəsində baxışdan keçir. Özünü Düsseldorf klubunda yaxşı tərəfdən göstərən Andrey “Abşeron”un rəsmi saytına açıqlama verib: “Sadəcə, “Abşeron” I divizionda çempionatın başa çatmasına 5 tur qalmış əsas hədəfinə çatdığından komanda rəhbərliyi imkan yaratdı ki, Almaniya klubunun düşərgəsinə yollanım. Mən də, bu fürsətdən istifadə edərək, “Fortuna”nın təklifini dərhal dəyərləndirdim. İşlərim qaydasındadır. Şəraitdən razıyam. Lakin konkret təklif və ya müqaviləyə gəldikdə, bunun yalnız mövsümlərarası fasilə zamanı həyata keçəcəyi mümkündür. Əsas odur ki, onlar mənim hazırlığımdan razıdırlar”.

Qeyd edək ki, “Fortuna”dakı hazırlığını sabah başa çatdıracaq Andrey mayın 14-də vətənə dönəcək.