Milli komandamız Rumıniya ilə heç-heçə etdi
12.05.2011 - 23:15
Moldovanın paytaxtı Kişinyovda təşkil olunan "FA of Moldova Cup" turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, futbolçularımız bu dəfə rumıniyalı həmyaşıdları ilə qarşılaşıb.
Təbriz Həsənovun komandası bu görüşə lider kimi çıxırdı. Çünki ilk oyunda komandamız Litva millisi üzərində qazandığı əzmkar qələbə (2:1) sayəsində iştirakçılar arasında birinci pilləyə yüksəlmişdi. Turnirə ev sahibliyi edən Moldova isə məhz Rumıniyanı 1:0 hesabı ilə məğlub etmişdi.
Matça gəlincə, tərəflərin çoxsaylı cəhdlərinə rəğmən, qapılara qol vuran tapılmayıb. Komandamız isə ikinci hissəni demək olar ki, bütövlükdə 10 nəfərlə keçirib. Lakin heç-heçəyə rəğmən, komandamız liderliyini qoruyub. Çünki qrupdakı digər oyunda Moldova Litvaya 1:2 hesabı ilə yenilib.

0
0