“Yerimə istədikləri məşqçini gətirə bilərlər” - MÜSAHİBƏ
12.05.2011 - 13:32
Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi
- Sabah çox vacib oyuna çıxacaqsınız. Turnir cədvəlində qonşu, xallarınız bərabər olan “İnter”lə səfər matçı avrokuboklarda çıxmağınıza böyük ölçüdə aydınlıq gətirəcək. Üstəlik, kubokun yarımfinalındakı məğlubiyyətin əvəzini çıxmalısınız...
- Hər bir komanda bizim üçün ciddi rəqibdir. “İnter”in isə son çempion olması, görüşə marağı daha da artırır. Hazırlığımız plan üzrə gedir. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.
- Bu görüşə Avroliqaya son şans kimi baxırsınızmı? Hər halda, kubokda mübarizəni dayandırdığınızdan, 4-cü yeri tutmalısınız...
- Bu, bizim üçün son şansdır və ondan istifadə etmək lazımdır. Bunun üçün meydanda maksimum güc sərf etməliyik.
- 4-cü yer uğrunda gərgin mübarizə apardığınız “İnter” kubokda da rəqibiniz olduğundan, sizə yaxşı tanışdır. Cari mövsümdə 6-cı dəfə görüşəcəyiniz rəqibi necə xarakterizə edərdiniz?
- Yaxşı komandadır. Təsadüfi deyil ki, ötən çempionatımızın qalibi olub. Bu, onun güclü olmasından xəbər verir. “İnter”lə arxada qalan 5 oyunun 2-də qalib gəlib, 2-də heç-heçə edib, 1-də uduzmuşuq.
- Yeri gəlmişkən, “İnter”lə yenə heç-heçə etsəniz, xallar bərabər olacaq ki, şəxsi oyunda siz üstünsüz. Bunu nəzərə alsaq, 1 xal sizi razı salacaq?
- Bu, futboldur, nəticəni əvvəldən dəqiq demək olmur. Biz hər oyunda olduğu kimi, meydana qələbə əzmi ilə çıxacağıq. Sabah da belə olacaq.
- Komandanız son oyunlarda uğursuz çıxış edir və bəzi futbolçulardan narazılığını açıqlamasınız. Sizcə, yetirmələriniz sabahkı oyunun məsuliyyətini dərk edib, bu dəfə etimadınızı doğrulda biləcəklər?
- Futbolçularımıza inanırıq. Meydanda olduğun müddətdə sona kimi mübarizə aparmaq lazımdır. Komandanın qələbə qazanması üçün var-gücünlə çalışmalısan.
- Zədəli futbolçularınızla bağlı problem nə yerdədir?
- Eleandro Pema hələ də zədəsini sağaldır.
- Bəs belindəki ciddi problem üzündən futbol oynaması sual altında olan Draqan Mandiçin taleyi?
- Onun zədə ilə bağlı ciddi problemi qalmaqdadır. Mandiç hazırda düşərgəmizdə deyil və taleyinə mövsüm bitəndən sonra aydınlıq gələcək.
- Köməkçiniz Gəray Qarayev istefa ərizəsini yazıb...
- Qışda dəvət etdiyimiz Qarayev fiziki hazırlıq üzrə məşqçi idi. O, son məşqlərimizə qatılmadı. Keçirdiyimiz toplantında məlum oldu ki, istefa ərizəsini yazıb.
- Onun “Premyer Liqa” verilişinin qonağı olması narazılıq yaratmışdı?
- Biz komandamıza gələn vaxtdan onu seçim qarşısında qoymamışdıq. Qarayev qəti qərarını verib. Bunun səbəbini özü deyə bilər.
- Onun yerinə köməkçi olacaq?
- Çempionatın bitməsinə 2 tur qalıb. Bundan sonra bir çox məsələlərə aydınlıq gələcək.
- Klubla müqaviləniz mövsümün sonunda bitir?
- Bəli.
- AZAL-dakı gələcək taleyinizi necə görürsünüz?
- Bunun üçün də mövsümün bitməsini gözləməliyik. Hər şey qarşıda duran öhdəçiliyin yerinə yetirilməsindən asılıdır.
- Əsas məqsədiniz avrokuboklara çıxmaqdır. Buna nail olmasanız, postunuzda qalmaq perspektivinə necə baxırsınız?
- Baş məşqçi məsələsinə klub rəhbərliyi qərar verir. Gələcək taleyim həm klub prezidentindən, həm də özümdən asılıdır.
- Özünüz qalmaq istərdiniz?
- Gəlin, tələsməyək. Zamanı gələndə məlum olacaq.
- Sizi bolqar mütəxəssis Stoyço Mladenovun əvəzləyəcəyi haqda xəbərlər dolaşır. Bununla bağlı nə deyə bilərsiniz?
- Mənim mövsümün sonunda klubla müqaviləm bitir. Rəhbərlik bundan sonra qalıb-qalmayacağı haqda qərar verəcək. Bu, onlara aid məsələdir. Lazım bilsələr, mənim yerimə istədikləri məşqçini gətirə bilərlər.
Mehman SÜLEYMANOV

0
0