Ölkə kubokunun finalında qalmaqal
12.05.2011 - 14:57
Serbiya kubokunun final matçında qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Belqradın “Partizan” və Novi-Sadın “Voyvodina” klubları arasında görüş yarımçıq dayandırılıb.
Matçın sonuna 10 dəqiqə qalmış 1:2 hesabı ilə geridə olan novi-sadlılar baş məşqçinin göstərişi ilə meydanı tərk ediblər.
Buna baş hakim Slobodan Veselinoviçin idarəçiliyi səbəb olub. Onun işini qərəzli gördüyünü düşünən Zoran Milinkoviç qarşılaşmanı davam etdirməməyə qərar verib. Bu addımın atılmasında 74-cü dəqiqədə “Partizan”ın xeyrinə təyin olunan və dəqiq yerinə yetirilən penaltinin də rolu böyük olub. Mütəxəssis matç sonrası mətbuat konfransı və mükafatlandırma mərasimlərini də boykot edib. Kubok isə Belqrad təmsilçisinə təqdim olunub.
Qeyd edək ki, hər 2 Serbiya klubu Azərbaycan komandalarına yaxşı tanışdır. 2008/09 mövsümündə “Voyvodina” o vaxt “Olimpik” adlanan AZAL-ı, “Partizan” isə “İnter”i avrokuboklardan kənarlaşdırmışdı.

0
0