Aleksandr Çertoqanov: Bu vəziyyətdən necə olursa-olsun çıxmalıyıq
12.05.2011 - 15:22
“Sabah AZAL-la çox vacib oyuna çıxacağıq. Biz bu görüşün əhəmiyyətini yaxşı bildiyimizdən, ciddi hazırlaşırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.
Milliləşdirilən ukraynalı legioner Premyer Liqanın növbəti turunda AZAL-la sabahkı ev oyunu öncəsi çətinliklərdən danışıb: “Artıq mövsümün sonudur. İstər-istəməz yorğunluq öz sözünü deyir. Bundan əlavə, zədəli futbolçularımız da olduğundan, heyətlə bağlı problemlər var. Ancaq fikrimcə, hər ikimiz eyni şəraitdəyik. Yəni, AZAL-da da belə çətinliklərin olması mümkündür. Düşdüyümüz vəziyyətdən necə olursa-olsun, çıxmalıyıq. Çətinliklərə sinə gərib, meydanda qələbə qazanmağa çalışmalıyıq. Qalib gəlsək, hər şey yaxşı olacaq”.
Millimizin də üzvü olan 31 yaşlı Çertoqanovun sözlərinə görə, komanda turnir cədvəlində mövqeyindən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxmalıdır: “Bakı”ya fikir verin, 6-cı yerdə olub, avrokuboklara çıxmayacaqları dəqiqləşsə də, ötən tur elə AZAL-a qalib gəldilər. Bu, yaxşı nümunədir. Əlbəttə, mövsümü titulla bitirib, finalda “Xəzər Lənkəran”a qalib gəlib, ölkə kubokunu qazanmaq istəyirik. Ancaq buna qədər çempionatda 2 oyunumuzda uğurla çıxış edib, 4-cü yeri tutmalı və bununla da avrokuboklara vəsiqəni təmin etməliyik.
“İnter” 4-cü yer uğrunda AZAL-la gərgin mübarizə aparır. Komandaların xalları bərabər olsa da, təyyarəçilər”in şəxsi oyunlarda üstün olduğundan, turnir cədvəlində onda irəlidədir. Aleksandr rəqibə Premyer Liqada da qalib gəlmək istədiklərini söyləyib: “AZAL-la cari mövsümdə 6-cı dəfə görüşməli olacağıq. Bu, bizi yormur, işimiz budur. Hər halda, meydanda gün keçirmək üçün çıxmırıq. AZAL-la bu mövsümdəki oyunlarımızın nəticələrinə nəzər salsaq, bizim üçün münasib olmayan rəqib olduğunu deyə bilərik. Hər halda, çempionatda qalib gələ bilməmişik, yeganə qələbəmiz kubokda olub. Ona görə də AZAL-ı çempionatda da yenib, bəraət qazanmalıyıq”.
Mehman SÜLEYMANOV

0
0