“Bu qapıçı ilə məşq etməyin özü böyük məktəbdir” – MÜSAHİBƏ
12.05.2011 - 16:01
“Qəbələ”nin qapıçısı Anar Nəzirovun klubun rəsmi saytına müsahibəsi
- “Simurq”la oyun sizin üçün əlamətdar oldu...
- Baş məşqçimiz Toni Adamsa mənə bu şansı verdiyinə görə çox minnətdaram. Çox istəyirdim ki, özümü yaxşı tərəfdən göstərim və onun ümidlərini doğruldum. Məncə, birinci dəfə üçün pis alınmadı.
- Bu, bir tərəfdən də, rəmzi olsa belə, “quru seriya”nın başlanğıcı oldu.
- Bəli, belə də demək olar. Ümumiyyətlə, birinci oyunda qol buraxmadığıma görə çox xoşbəxtəm. Çünki bu, özünəinam hissinin olması baxımından hər bir qapıçı üçün çox vacibdir. Çalışacağam ki, mövsümün axırınadək qapımın toxunulmazlığını qoruyub saxlayım. Amma əsas odur ki, “Qəbələ” qələbə qazansın. Şadam ki, çıxdığım ilk oyunda bunu görmək mənə nəsib oldu. Bu qələbədə mənim də payım olduğuna görə çox sevinirəm.
- Yəqin ki, bundan sonra Adamsın sənə daha çox şans verəcəyini gözləyirsən?
- Əlbəttə. Hər bir oyunçu vaxtının böyük hissəsini meydanda keçirmək istəyir. Amma gərək bunu baş məşqçi də istəsin. Mənim vəzifəm məşqlərdə can yandırmaq və hər an oyuna hazır olmaqdır.
- Pavel Doroşevslə rəqabət aparmaq sənin üçün çox çətindir?
- Pavel bu mövsümdə çox etibarlı oynadı. 11 matçda qapısını toxunulmaz saxlamağı nəyə desən dəyər. Təbii ki, belə bir qapıçı ilə rəqabət aparmaq çox çətindir.
- Belədirsə, onda onu özün üçün yaxşı təcrübə mənbəyi hesab edirsən?
- Bəli. Doroşev soyuqqanlı qapıçıdır. Bu, əlcək sahibləri üçün çox vacib keyfiyyətdir. Deyərdim ki, onunla birgə məşq etməyin özü böyük məktəbdir. Paveldən çox şey öyrənirəm.
- 30 nömrə altında meydana çıxırsız. Bu rəqəmin sizin üçün bizim bilmədiyimiz başqa bir mənası da var?
- (Gülür) Heç bir mənası yoxdur. Sadəcə, 1 nömrəli forma Elnar Kərimovda, 12 isə Doroşevdədir. Bircə 30 nömrə qalmışdı, onu da mən götürdüm.
- Bu mövsümü komandamız üçün uğursuz saymaq olar?
- Məncə, yox. Təbii ki, ilk “altılığ”a düşə bilməməyimiz mənfi haldır. Lakin yeni qurulan komanda olduğumuza görə bunu normal qarşılamaq lazımdır. Məşqçilər heyəti də yenidir, futbolçular da. Bu qədər dəyişiklik komandaya təsirsiz ötüşməyə bilməzdi.
- Növbəti mövsümdən nə gözləyirsən?
- Ən azı, bundan yaxşı nəticə. Bu mövsümdən fərqli olaraq, gələn il güclülərlə bir sırada olmağı və təbii ki, komandamın avrokuboklarda oynamasını istəyirəm. “Qəbələ”nin azarkeşləri bunu çox arzulayır.
- Səncə, bunun üçün hansı addımlar atılmalıdır?
- Məncə, heyət gücləndirilməlidir. İlk addım artıq atılıb - Mahir Şükürov komandamıza transfer edilib. Eşitdiyimə görə, bu, hələ son deyil, yeni transferlər də olmalıdır. “Qəbələ”də rəqabət daha da güclənərsə, bu, hamı üçün faydalı olacaq.

0
0