Cavadov + Nadirov = Erdoğdu
12.05.2011 - 23:02
“Turan” klubunda ciddi hücumçu problemi var. Apasport.az saytının məlumatına görə, bunun nəticəsi olaraq, qərblilərin ən məhsuldar futbolçusu müdafiəçidir.
Komandanın türkiyəli futbolçusu Muammer Erdoğdu “Simurq”la keçirilən qarşılaşmada 5-ci qolunu vurmaqla, “Turan”ın bombardiri mövqeyini daha da möhkəmləndirib.
Həm də Premyer Liqanın cari mövsümünün ən məhsuldar arxa xətt oyunçusu olan Muammer qol sayında bir çox hücumçunu da arxada qoyur.
Müqayisə üçün elə Azərbaycan millisinin hücumçularından ikisi - Vaqif Cavadovla Vüqar Nadirov da müdafiəçinin qol vurmaq bacarığına həsəd apara bilərlər. Hücumçular ikisi bir yerdə 49 matça 5 dəfə fərqlənibsə, tək Erdoğdu 18-ci qarşılaşmasında 5-ə çatdı.
Türkiyəlinin az oynaması və bu üzdən cəmi 5 dəfə fərqlənməsi cəzalı olması ilə bağlıdır. Yoxsa daha çox qol sevinci də yaşaya bilərdi. Özü də Muammer çoxdandır ki, qol vurmurdu. O, sonuncu dəfə 144 gün əvvəl – ötən il dekabrın 12-də indi olduğu kimi “Simurq”la Tovuzdakı görüşdə rəqib qapısına yol tapmışdı. Həmin son qoladək isə 37 günə sığan 6 tur ərzində 4 qol vurmuşdu.

0
0