Noyer Bakıya səfər öncəsi xoş xəbər aldı
12.05.2011 - 17:02
Almaniya millisinin əsas qapıçısı Manuel Noyer Azərbaycana səfər öncəsi xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, “Şalke” klubunun 25 yaşlı qapıçısının “Bavariya”ya keçidi reallaşıb.
Məşhur “Bild” qəzeti klubların Noyerin transferini razılaşdırdığı haqda informasiya yayıb. Manuel “Bavariya” ilə 4 illik müqavilə bağlayacaq.
Keçidin məbləği 21 milyon avro təşkil edib. “Bavariya” bunun 18 milyonunu dərhal, 3 milyonunu sonra ödəyəcək. Münhen təmsilçisi Çempionlar Liqasında qalib gələrsə, “Şalke” daha 4 milyon alacaq.
Qeyd edək ki, “Mançester Yunayted”in maraqlandığı Noyer millisinin heyətində iyunun 4-də Bakıya gələrək, 3 gün sonra yığmamızla rəsmi oyuna çıxacaq. O, cari seçmə mərhələdə yeganə qolu millimizə evdə 6:1 hesabı ilə qalib gəldikləri görüşdə buraxıb.

0
0