“Eşitmişəm ki, AZAL mənimlə maraqlanır”
12.05.2011 - 23:11
“Mən də eşitmişəm ki, hansısa klub xidmətimdə maraqlıdır . Ancaq mənimlə konkret danışan, fikrimi öyrənən olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın müdafiəçisi Muammer Erdoğdu deyib.
Vurğun Hüseynovu “Qəbələ”yə satan “Turan” rəhbərliyi heyətdəki digər futbolçuları da başqa klublara verə biləcəklərini demişdi. Məhz buna görə də komandanın yaxşılarından hesab edilən, mövsüm boyu sabit oyunu ilə seçilən türkiyəli müdafiəçinin da başqa komandaya keçəcəyi gündəmdədir.
Əvvəllər adı “Neftçi” ilə hallanan Muammerin xidmətindən AZAL-ın maraqlı olduğu bildirilir. Lakin futbolçu bunu nə təsdiq, nə də təkzib edib: “Mən də eşitmişəm ki, AZAL mənimlə maraqlanır. Ancaq özümlə danışan olmayıb. Nə dərəcədə doğru olduğunu təsdiqləyə bilmərəm. Onlara deyin, mənə zəng vursunlar”.
Ancaq Müammer istənilən halda, başqa kluba keçəcəyini söyləyib: “Türkiyədən, başqa yerlərdən klub tapacağıq. O dərəcədə də pis futbolçu deyiləm. Səbir edib, mövsümün sonunu gözləməliyəm”.

0
0