Vüqar Nadirovun gücü ikiqat artdı
12.05.2011 - 23:08
 Vüqar Nadirovun gücü ikiqat artdı
“Ağdamlı kimi, öz torpağımda oynamaq şərəfdir. Öz torpağında oynamaq futbolçuya iki qat güc verir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.

“Qarabağ” bir illik fasilədən sonra bu gün Quzanlı Olimpiya Kompleksində ev oyununa çıxacaq. Hazırkı heyətdə yer alan futbolçular arasında ağdamlı olan Nadirov doğma məkanda oynamağın onun üçün ikiqat bayram olduğunu bildirib.

Azarkeşlərin də komandaya maraq göstərdiyini vurğulayan yarımmüdafiəçi “Neftçi” ilə matçda onların stadiona təşrif buyuracağına inandığını gizlətməyib: “Artıq azarkeşlər komanda ilə maraqlanmağa başlayıblar. “Neftçi” ilə qarşılaşmada onların stadionu tamamilə dolduracaqlarına inanıram”.

Oyunla bağlı danışan futbolçu qol vuracağına əmindir: “Qələbə qazanıb, bizi dəstəkləməyə gələcək azarkeşləri sevindirəcəyik. İnşallah, qol vuracağam”.
0