“Yaxşı oynadıq, amma qalib gələ bilmədik”
12.05.2011 - 17:38
“Yaxşı oynadıq, amma qalib gələ bilmədik”
"Bu gün qol imkanlarımız çox oldu, lakin istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Gəncə" klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Əsas heyətin 9 futbolçusu bugünkü oyunda iştirak etmirdi. Hücumda müəyyən çatışmazlıqlarımız var idi. Yaxşı oynadıq, amma qalib gələ bilmədik".

Qeyd edək ki, “Gəncə” – “Qəbələ” matçında qapılara qol vurulmayıb.