Maksim Medvedev qələbəyə inanıb, təkzib etdi
12.05.2011 - 20:38
“Hazırda Ağdamdayıq, Olimpiya Kompleksində məskunlaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib.
Azərbaycan Premyer Liqasının XXXI turunda sabah “Neftçi” ilə qarşılaşacaq ağdamlılar hazırlığı oyunun keçiriləcəyi Quzanlı Olimpiya İdman Kompleksində həyata keçirir. Müdafiəçi doğma meydanda keçiriləcək ilk görüşdə azarkeşlərini sevindirmək haqda düşünür: “Bura azarkeşləri sevindirməyə gəlmişik. 3 xal qazanıb, Bakıya elə dönmək istəyirik. Buna nail olacağımıza inanıram. Qazon pis deyil. Çıxıb oynamaq olar. Azarkeşlər də komandanı isti qarşıladılar”.
Medvedev növbəti mövsümdə Türkiyənin aşağı dəstəsi Bank Asiya I Liqada mübarizə aparacaq “Göztəpə” klubunun Ağdam təmsilçisinin 3 futbolçusunu, o cümlədən özünə olan marağı haqda yayılan xəbərlərə də münasibət bildirib: “Ola bilsin, onlar kluba müraciətə ediblər. Bizimlə bununla bağlı danışan olmayıb. “Qarabağ”la iki illik anlaşmamız var”.

0
0