“Azərbaycan yığması ilə oyun haqda düşünmürəm”
13.05.2011 - 09:55
“Azərbaycan yığması ilə oyun haqda düşünmürəm”
“Milli komandaya çağırıldığım üçün çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Marko Reus deyib.

Karyerasında ilk dəfə yığmaya çağırılan futbolçu mayın 29-da Uruqvay, iyunun 3-də və 7-də müvafiq olaraq, Avstriya və Azərbaycanla matçlarda forma geyinə biləcək 23 nəfərlik siyahıya daxil edilib. Mönhenqladbax “Borussiya”sının məhsuldar yarımmüdafiəçisi hələlik bu qarşılaşmalar haqda düşünmək belə istəmir: “Düzdür, seçilənlər sırasında olmağıma şadam. Lakin indi yığmadakı oyunlar haqda düşünmürəm. Çünki bunun vaxtı deyil. İndi yalnız ölkə çempionatının “Hamburq”la son matçına köklənmişəm. Ümid edirəm ki, səfər görüşündən sonra sevinməyə vaxtımız olacaq”.

Qeyd edək ki, Reusun komandası Bundesliqada qalmaq uğrunda mübarizə aparır.