3 kişinin 1 “sevda”sı
13.05.2011 - 11:09
Azərbaycan Premyer Liqasının XXXI turu “Qəbələ” klubunun “quru seriyası”nın davam etməsi ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, ikinci “altılıq”da mübarizə aparan əyalət təmsilçisi ardıcıl 6-cı dəfə meydanı qol buraxmadan tərk etdi.
Sonuncu dəfə XXV turun “Gəncə” ilə oyununda Junivan Suaresin qoluna üzülən Toni Adamsın yetirmələri həmin vaxtdan öz qapılarını toxunulmaz saxlayırlar.
Həmin qolun 56-cı dəqiqəyə təsadüf etdiyini nəzərə alsaq, “Qəbələ” aprelin 2-dən sonra 574 dəqiqəlik seriyaya malikdir. Lakin bu uğurlu seriya 1 deyil, 3 qapıçının əməyidir. Son topu buraxan Pavel Doroşev növbəti görüşü də quru keçirdikdən sonra ötən turun qırmızı vərəqə aldığı 31-ci dəqiqəsinədək qapısından qol buraxmayıb. Bur sözlə, 574-ün 155-i latviyalının payındadır.
O, qırmızı aldıqdan sonra səhnəyə çıxan Elnar Kərimovun göstəricisi isə elə 59 dəqiqədən ibarətdir. Bundan əvvəlki 4 görüşdə isə qapının “açarı” Anar Nəzirovun əlində idi. Ardıcıl 4 matçda əvəzlənmədən meydanda olan qolkiper cari mövsüm meydanda olduğu 360 çempionat dəqiqəsində qol buraxmayıb.
Anarın seriyası hələ ötən mövsümə gedib çıxır. Çempionatın “Simurq”la son qarşılaşmasında qol buraxmayan Nəzirov yalnız 2010-cü il martın 20-də “Turan”la qapısında qol görmüşdü.
Həmin vaxt onu Peter Kolevole məyus etmişdi. Həmin matçın 90+4-cü dəqiqəsindən bu yana 451 dəqiqədir qol buraxmır. Doroşevin qırmıızı vərəqə alması onun son turda da meydana çıxmaq şansını artırır. Bu isə Anarın mövsümün seriyaları sırasında daha da irəliləməsinə imkan verə bilər.
Hələlik isə “Qəbələ”nin əsas qapıçısının başçılıq etdiyi mövsümün ən uzun seriyaları sırasında latviyalının əvəzləyicisi 6-cıdır.
Premyer Liqada mövsümün ən uzun 7 quru seriyası
1. Pavel Doroşev (“Qəbələ”) – 952
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Rauf Mehdiyev (“Neftçi”) – 553
5. Cahangir Həsənzadə (AZAL) – 455
6. Anar Nəzirov (“Qəbələ”) - 451 (davam edir)
7. Rauf Mehdiyev (“Neftçi”) – 432

0
0