Nəhs cümə “Neftçi”yə düşmədi
13.05.2011 - 18:07
Nəhs cümə “Neftçi”yə düşmədi
Bakının “Neftçi” klubunun Azərbaycan Premyer Liqasında uzun müddətlik seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, məğlubiyyətsiz seriyada rekordçulardan olan komanda qalibi olduğu çempionatda bu il ilk məğlubiyyətini aldı. Bu, “Qarabağ”la Ağdamdakı derbi matçında böyük hesabla oldu – 0:3.

Arif Əsədovun çalışdırdığı komanda sonuncu dəfə ötən ilin dekabrın 11-də - XVII turda “Bakı” ilə ev oyununda (0:2) uduzmuşdu. Bunun üstündən 143 gün keçib və “Neftçi”nin çempionatda qələbə seriyası 14-cü oyunda qırıldı. Ancaq flaqman bu il ölkə daxilində uduzmuşdu ki, bu martın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”la ölkə kubokunun ilk 14 finalda (3:4) olmuşdu. “Qarabağ”la oyun mayın 13-də cümə günü oldu.

Məlum olduğu kimi, ayın 13-ü cümə günləri üçün dünyada uğursuz günlər kimi tanınır. Bu, futbolda da təsdiqləndi və nəhs gün çempionat düşmədi.

Mehman SÜLEYMANOV
0