“Göztəpə”nin idman direktoru: “Qarabağ”ın 3 futbolçusunu bəyənmişik
13.05.2011 - 18:22
“Azərbaycana səfərimdə məqsədim həm bura ilə əlaqələri qurmaq, həm də bəyəndiyim 3 futbolçunu izləmək idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Göztəpə” klubunun idman direktoru Əli Gültəkin azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. Bank Asiya I divizion təmsilçisinin rəsmisi Premyer Liqamızın XXXI turunda “Qarabağ” – “Neftçi” oyununu (3:0) izləmək üçün Ağdama yollanıb.
Gültəkin bəyəndiyi futbolçuların adlarını gizli saxlamaq istəsə də, bunlar “Qarabağ” və milli komandamızın üzvləri müdafiəçi Maksim Medvedev, yarımmüdafiəçi Əfran İsmayılov və hücumçu Rauf Əliyevdir: “Əfranla Maksimin oyununu bəyəndim. Raufu da bəyənsəm də, bu gün sonra meydana çıxdı. Ona görə də oyunu haqda bir şey deyə bilmərəm. “Qarabağ”ın mərkəz müdafiəçisi Rəşad Sadıqovun da oyunu xoşuma gəldi. “Neftçi”də də perspektivli futbolçular var. Ancaq bu komandadan kiminsə almağımız nəzərdə tutulmayıb. Biz “Qarabağ”dakı futbolçularla maraqlanırıq. Onların keçidi ilə təklifimizi edəcəyik. Qəbul olunsa, transferlərini reallaşdıracağıq. Bu oyunu izlədikdən sonra Türkiyəyə yollansam da, 1 həftə sonra qayıdacağam. Qalan klublarınızı da izləyib, yaxşı, bizə lazım olan futbolçular axtaracağıq”.
Gültəkin Bank Asiyadan “Qarabağ”a gəlmiş İlqar Qurbanovu tanıyır: “Onun Bank Asiyada “Mersin İdman Yurdu” klubunda oynadığını bilirəm. “Qarabağ”ın türkiyəli məşqçisi Həmdi Sərpil Tüzünlə əlaqələrim var. O, bizdə çalışıb, Qurbanov “Fənərbaxça”da oynadığı vaxtda haqqında bizə demişdi. İlqar yaxşı futbolçudur. Ancaq o, transfer etdiyimiz futbolçular sırasında deyil”.
“Göztəpə”nin rəsmisi ölkəmizdə infrastrukturlara diqqət yetirilməsini dəstəkləyib: “Azərbaycanda son vaxtlar bazalar, stadionlar inşa edilir. Quzanlıda Olimpiya Kompleksinin stadionunda gördüklərimi bəyəndim. İnfrastrukturlara diqqətinizi artırmağınız futbolunun səviyyəsinin qalxmasına, klublarının güclənməsinə imkan yaradacaq”.

0
0