Azərbaycan çempionu qardaşına həsəd apara bilər
14.05.2011 - 09:52
İtaliyanın “Napoli” klubu aparıcı futbolçusu Edison Kavani ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Uruqvay milli komandasının 24 yaşlı futbolçusu 2013-cı ilədək Neapol təmsilçisində çıxış edəcək. Müqavilədə Kavaninin transfer qiyməti də öz əksini tapıb. Belə ki, cənubi amerikalını ələ keçirmək istəyən klub onun üçün 50 milyon avro ödəməlidir. Edisonun bu qiymətinə isə bir çox futbolçular həsəd apara bilər. Elə onun böyük qardaşı haqda da bu sözləri demək olar. Bakının “İnter” klubu ilə Azərbaycan çempionu və çempionatın ən yaxşı bombardiri olan Valter Quqlemon kişik qardaşı olan Edisonla müqayisədə cüzi məbləğə “Neftçi”yə transfer olunmuşdu. Oradan isə azad agent kimi vətəninə yollanmışdı.
0
0