“Qalatasaray”ın sürpriz qapıçısının kimliyi ortaya çıxdı
21.05.2011 - 11:29
“Qalatasaray” klubunun yeni prezidenti Ünal Aysalın sürpriz qapıçısının kimliyi ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, Aysal “1 həftə içində ala bilərik” deməklə, Argentina milli komandasının qapıçısı Sergio Romeronu nəzərdə tutub. Türk həmkarlarımız isə prezidentin bu açıqlamasından sonra “Mançester Yunayted”lə mövsümün sonunda yollarını ayıracaq 41 yaşlı hollandiyalı Edvin van der Sarı gətirəcəyini yazmışdı. Ancaq əslində “Qalatasaray” Edvinlə maraqlanmır və qapıçı karyerasını bitirməyə hazırlaşdığını açıqlayıb.
Baş məşqçi postuna Fatih Terimi qaytaran və ilk transfer bombası “Bolton”dan alınan İsveç millisinin hücumçusu Yohan Elmander olan “Cim Bom” Hollandiyanın “Alkmaar” klubunda oynayan Romero ilə ciddi maraqlanır. 24 yaşlı qapıçıya görə 7 milyon avro təzminat istəyirlər. “Qalatasaray” isə 5 milyon verməyə hazırdır və endirim olarsa, transferi reallaşdıracaq. Sergio ilə təmas quran istanbullular müqaviləni imzalamaqla bağlı müsbət cavab alıb.
Qeyd edək ki, 1,92 metr boya malik Romero 2007-ci ildən oynadığı “Alkmaar”da 117, millisində isə 13 oyun keçirib.

0
0