Rusiyadakı azərbaycanlıların 1 milyon dollar udmaq şansı
23.05.2011 - 12:41
Gələn mövsüm Rusiya kubokunun sahibinə böyük məbləğdə mükafat veriləcək. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko 2011/12 mövsümünün qalibinə 1 milyon dollar verəcəklərini bildirib. Ancaq Fursenko növbəti final görüşünün məkanını açıqlamayıb: “Buna hələ qərar verməmişik. Final oyunu keçirməklə bağlı sifariş verənlər var, ancaq onları açıqlamaq hələ tezdir. Onu deyə bilərəm ki, növbəti kubokun qazanılmasına görə 1 milyon dolar mükafat təsis edəcəyik. İntriqa tamam başqa olacaq və buna baxarıq”.
Belə mükafat Rusiya futbolunda ölkəmizi təmsil edənlər üçün də bir şansdır. Belə ki, milli komandamızın sabiq futbolçusu Emin Ağayevin az öncə baş məşqçisi təyin olunduğu “Dağdizel” klubu II divizionda çıxış etsə də, kubok uğrunda mübarizəyə qatılacaq. Millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov Premyer Liqada oynayan “Anji” klubunun məşqçisidir. Moskva klublarında oynayan Emin Mahmudovla (“Spartak”) Aleksandr Səmədov (“Dinamo”) Rusiya vətəndaşları olsa da, əslən azərbaycanlılardır.

0
0