Şotlandiya yığmasının qapıçısı “Qəbələ”də!
27.05.2011 - 09:31
Şotlandiya yığmasının qapıçısı “Qəbələ”də!
“Qəbələ” klubunun heyətinə cəlb edəcəyi daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Şotlandiya “Hibernian”ının qapıçısı Qrem Smitdir.

Zəngin təcrübəyə malik 28 yaşlı şotlandiyalı Toni Adamsın komandasına “Qəbələ” Londonda olduğu vaxt qoşulacaq. Bu ilin iyulunda “Dumanlı Albion”da təlim-məşq toplanışında olacaq təmsilçimiz Smitə düşərgəsinə gələrək, məşq etməyi təklif edib. Bununla, təcrübəli qapıçıya baxışdan keçmək imkanı yaradılır.

Qeyd edək ki, “Reyncers”in yetirməsi olan Qrem uşaq və yeniyetmə illərini keçirdiyi bu komandada möhkəmlənə bilməyib. Bu üzdən digər kluba icarəyə verilən Smit yalnız 2005-ci ildən sonra parlamağa başlayıb.

Bu, Qlazqo təmsilçisinin heyətində ən böyük uğurunu - Liqa Kubokunu qazandıqdan sonra baş verib. Titul qazandıqdan sonra “Mozervell”ə keçən Qrem 4 il (2005-09) oynadığı komandada 127 oyun keçirib. Son mövsümdə isə “Hibernian”da 16 matça çıxıb.

Şotlandiyanın B yığmasında 1 oyun keçirən futbolçu əsas komandaya da cəlb olunub. Bu, Avro-2008-in Farer adaları ilə seçmə oyununa təsadüf edib. Lakin qapıçı həmin matçda meydana çıxmayıb.