Yozef Blatter rüşvət verməkdə ittiham olundu
27.05.2011 - 10:11
Yozef Blatter rüşvət verməkdə ittiham olundu
FİFA prezidenti seçkilərinin vaxtı yaxınlaşdıqca gərginlik artır. Apasport.az saytının məlumatına görə, iyunun 1-də keçiriləcək seçkilər öncəsi yaranan qalmaqalda dünyanın ali futbol qurumunun prezidenti Yozef Blatterin adı hallanır.

Belə ki, Blatterin rəqibi olan Məhəmməd Bin Hammam onu rüşvətxorluqda günahlandırıb. Asiya Futbol Konfederasiyasına rəhbərlik edən Hammam hətta FİFA-nın Etika Komitəsinə müraciət edib. Qətərli prezident Blatterlə yönəltdiyi ittihamla bağlı araşdırmağa başlamağı xahiş edib.

Hammamın fikrincə, Blatter prezident seçkilərində səs qazanmaq üçün rüşvət paylayıb. Maraqlıdır ki, Hammamın özü rüşvətxorluqda şübhələnir.